Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Bir sıra “Teleqram” kanallarının və KİV-lərinin “Lukoyl” şirkətlər qrupunun Ural filialının rəhbəri Əhməd Hacıyevin Rusiyada saxlanması barədə yadığı məlumat həqiqəti əks etdirmir”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bu məlumatı təkzib edərək, bunu klassik saxtakarlıq adlandırıb.
Zaxarova bildirib ki, bu məlumatlar reallığa uyğun gəlmir.
“Mən bildiyimə görə, “Lukoyl”un belə bir filialı yoxdur. Ona görə də elə bir şəxsin həbsindən söhbət gedə bilməz”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.