ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakının Ağ Şəhər ərazisində, Nizami Gəncəvi parkına aparan yolda sürücüləri narahat edən təhlükəli vəziyyət yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan vətəndaş bildirir ki, sözügedən yolun kənarı çox kəskin şəkildə qırağa çıxıb və burada döşənmiş bərk səki daşı səbəbindən qəza riski yüksəkdir. Müraciətdə qeyd olunur ki, bu yolun quruluşu bir çox sürücünü çaşdıra və qəza ilə nəticələnə bilər:
"Artıq burada bir neçə dəfə qəza baş verdiyinin şahidi olmuşam. Xahiş edirik məsələ işıqlandırılsın və müvafiq qurumlar tədbir görsün".
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, ola bilər həmin ərazidə piyada keçidi var, bu səbəbdən onların təhlükəsizliyi üçün səki bu formadadır.
Nəqliyyat eksperti Elməddin Muradlı isə bunun müasir şəhərsalma qaydalarına uyğun olduğunu, geriyə dönmə yeri kimi inşa edildiyini və bu çox normal hal olduğunu bildirdi.
Görüntünü təqdim edirik:
Şahanə Xankişiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.