AZ

Hitleri tərifləyən reperin bu ölkəyə girişi qadağan edildi

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Nasist Almaniyasının lideri Adolf Hitleri tərifləyən "Heil Hitler" adlı mahnısı Kanye Uestin başına iş açıb.  

News24.az "Unikal"-a istinadən xəbər verir ki, amerikalı reperin  mahnıya görə Avstraliyaya girişi qadağan edilib. Bu barədə Avstraliyanın daxili işlər naziri Toni Burk məlumat yayıb. 

Nazir bildirib ki, musiqiçinin hazırkı vizası mayın əvvəlində təxribat xarakterli trek yayımlanandan dərhal sonra ləğv edilib. Onun sözlərinə görə, mahnı böyük səs-küyə səbəb olub və "Spotify", "Apple Music" və "YouTube" daxil olmaqla əksər yayım platformalarından silinib.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
news24.az

4Mənbələr