AZ

Azərbaycan diasporuna dövlət dəstəyi və yeni lobbiçilik imkanları - RƏY

Azərbaycan diasporuna dövlət dəstəyi və yeni lobbiçilik imkanları - RƏYSon illərdə Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə, onların təşkilatlanması və milli maraqlar ətrafında birləşməsinə xüsusi önəm verir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha effektiv, əlaqəli və güclü şəkildə çıxış etməsi, milli maraqların müdafiəsində fəal rol oynaması üçün müxtəlif dövlət proqramları və dəstək mexanizmləri həyata keçirilir. Bu dəstək, təkcə təşkilati və maliyyə resursları ilə məhdudlaşmır, eyni zamanda, lobbiçilik fəaliyyətlərinin genişləndirilməsi, ictimai diplomatiya imkanlarının artırılması və informasiya savaşında diasporun daha aktiv mövqe tutması məqsədilə strateji yanaşmaları da əhatə edir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı açıqlamasında qeyd edib ki, dünyada yaşayan azərbaycanlıların birliyinin və milli maraqlar ətrafında həmrəyliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və məhz bu səbəbdən Azərbaycan dövləti diaspor təşkilatlarına hər zaman xüsusi diqqət və dəstək göstərir:

Azərbaycan diasporuna dövlət dəstəyi və yeni lobbiçilik imkanları - RƏY"Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində şəffaf, sistemli və koordinasiyalı yanaşma ilə yanaşı, müasir texnologiyalara əsaslanan əməkdaşlıq platformaları yaradılır. Soydaşlarımızın milli kimliklərini qoruyaraq xaricdə aktiv ictimai və siyasi mövqe tutmaları məqsədilə maarifləndirici layihələr, təlim proqramları, mədəni diplomatiya təşəbbüsləri genişləndirilir, eyni zamanda lobbiçilik fəaliyyətinin effektivliyini artırmaq üçün strateji istiqamətlər üzrə peşəkar şəbəkələr formalaşdırılır, hüquqi və maliyyə dəstəkləri artırılır.

Bu çərçivədə dövlət tərəfindən həm təbliğat, həm də təhlil yönümlü mərkəzlərin yaradılması, nüfuzlu beynəlxalq dairələrlə əlaqələrin gücləndirilməsi və diaspora nümayəndələrinin beynəlxalq qurumlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni mexanizmlər hazırlanır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan diasporu milli məsələlərdə daha çevik, təsirli və həmrəy şəkildə çıxış edir".

Sonxeber.az-a danışan politoloq Tural İsmayılov açıqlamasında vurğulayıb ki, Azərbaycan dövləti son illərdə xaricdəki diaspor təşkilatlarına dəstəyini sistemli şəkildə gücləndirib:

Azərbaycan diasporuna dövlət dəstəyi və yeni lobbiçilik imkanları - RƏY"Əsas hədəf dünya azərbaycanlılarını birləşdirmək, onların səsini beynəlxalq aləmdə eşitdirmək və milli maraqları müdafiə etməkdir. Bu məqsədlə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətləri genişləndirilib və daha çevik mexanizmlərlə təchiz olunub. Komitə müxtəlif ölkələrdə diaspor şuraları və koordinatorları təyin etməklə regional şəbəkələşməni təmin edir.

Eyni zamanda "Azərbaycan Evi" layihələri ilə ölkələr üzrə fiziki məkanlar yaradılır, bu da ictimai diplomatiyanın dayağına çevrilir. Azərbaycanlı tələbələrin, ziyalıların və gənc fəalların diaspor hərəkatına cəlb edilməsi məqsədilə "Diaspor Gənclərinin Yay Düşərgəsi" kimi tədbirlər təşkil olunur. Dövlət bu yolla diaspor təşkilatlarının intellektual bazasını formalaşdırmağa çalışır.

Lobbiçilik imkanlarının artırılması üçün isə strateji tərəfdaş ölkələrdə ictimai əlaqələr (public relations) kampaniyaları dəstəklənir. Qeyri-hökumət təşkilatları, beyin mərkəzləri və media orqanları ilə əlaqələr qurularaq milli mövqelər bu platformalarda işıqlandırılır. Bu çərçivədə diaspor təşkilatlarına hüquqi və maliyyə dəstəyi də göstərilir".

Politoloq onu da vurğuladı ki, yeni mərhələdə dövlət diaspor diplomatiyasını peşəkar və davamlı lobbiçilik modelinə çevirmək niyyətindədir:

"Bu məqsədlə seçilmiş ölkələr üzrə lobbi qruplarının formalaşdırılması, yerli siyasətçilərlə münasibətlərin qurulması və təsir imkanlarının artırılması planlaşdırılır. Azərbaycanlı iş adamları və ekspertlərin bu prosesə cəlb olunması da vacib prioritet kimi müəyyən edilib.

Bundan başqa, Ermənistanın beynəlxalq aləmdə apardığı təbliğata qarşı informasiya müharibəsində diasporun rolu xüsusi vurğulanır. Qarabağ zəfərindən sonra Azərbaycan diasporunun fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Artıq təkcə milli kimliyi qorumaq deyil, həm də milli maraqları beynəlxalq platformalarda təbliğ etmək əsas vəzifəyə çevrilib.

Bu məqsədlə rəqəmsal platformalar üzərindən kampaniyalar təşkil edilir, diaspor təşkilatları üçün kommunikasiya bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilir. Dövlət bununla diasporun yalnız tədbir təşkil edən deyil, prosesə real təsir edə bilən aktor olmasını hədəfləyir. Azərbaycan diaspor siyasəti bu gün daha çevik, daha strateji və daha inteqrasiya olunmuş şəkildə həyata keçirilir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.
Azərbaycan diasporuna dövlət dəstəyi və yeni lobbiçilik imkanları - RƏY

Seçilən
9
50
sonxeber.az

10Mənbələr