AZ

"Yardımlı-Məişət" ASC-yə sədr seçiləcək - TOPLANTI

“03” avqust 2025-ci il tarixdə saat 11:00-da, Yardımlı şəhəri, H.Əliyev küçəsi, 19 ünvanında “YARDIMLI-MƏİŞƏT” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:

1. “YARDIMLI-MƏİŞƏT” ASC-nin (VÖEN 5600041991) adı, təşkilatı-hüquqi forması və hüquqi ünvanı üzrə olan dəyişikliklərlə əlaqədar nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

2. “YARDIMLI-MƏİŞƏT” ASC-nin sədrinin seçilməsi.

3. Səlahiyyətli şəxsin təyin olunması.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış olmaq olar.

Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.

Seçilən
12
fed.az

1Mənbələr