ain.az, Medicina saytına istinadən bildirir.
Gün ərzində təcili yardım üzrə icra olunan çağırışların sayı 2000-2500 civarında olur. Onların arasında kifayət qədər əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır.
"Medicina" xəbər verir ki, bu barədə TƏBİB rəsmisi Zamirə Ədilova Xəzər TV-nin “Xəbər ertəsi” verilişdə bildirib.
O, bəzi əsassız çağırışlardan imtina oluna biləcəyini də deyib.

Qeyd edək ki, təcili yardım aşağıdakı hallarda çağırışlardan imtina edə bilər:
- Qan təzyiqinin yüngül dəyişməsi (hipertoniya, baş ağrısı və s.)
- Xroniki xəstəliklərin kəskinləşməsi olmayan halları (məsələn, şəkər, osteoxondroz)
- Soyuqdəymə, öskürək, qızdırmasız qrip simptomları
- Uzun müddətdir davam edən ağrılar (kəskin olmayan, həyat üçün təhlükə yaratmayan)
Tibbi nəqliyyat xidməti ilə əlaqəli hallarda:
- Xəstənin planlı olaraq bir tibb müəssisəsindən digərinə köçürülməsi
- Müalicə və müayinəyə aparılması (poliklinikaya, xəstəxanaya)
- Evə yazılma zamanı daşınma həyata keçirə bilməz.
Sosial və ya qeyri-tibbi səbəblərlə çağırış:
- Evdə təzyiq ölçdürmək, iynə vurdurmaq üçün
- Xəstənin tək olması, yaxınlarının olmaması
- Sərxoş şəxslərin səbəbsiz çağırışı.
MEDİCİNA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.