AZ

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilir

"Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" genişləndirilir.

 

Pravda.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

 

Qərara əsasən, siyahıya Ağdam rayonunun Abdal kəndində yerləşən 1879-cu ilə aid məscid, Kəlbəcər rayonunun Qanlıkənd kəndində yerləşən IX-XIV əsrlərə aid monastır və Laçın rayonunun Bozlu kəndindəki IX-XI əsrlərə aid məbəd əlavə edilir.

 

Eyni zamanda qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" da genişləndirilir və siyahıya aşağıdakı abidələr əlavə edilir.

Tarix: 3 İyul 2025, 16:49   
Seçilən
2
6
pravda.az

7Mənbələr