AZ

Daha bir yeniyetmə kanalda batdı

Beyləqanda yeniyetmə kanalda batıb.

News365.az-ın məlumatına görə, hadisə Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.

Rayonun Eyvazalılar kənd sakini Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, iyun ayının sonlarında Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.

İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti ötən gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
19
43
news365.az

10Mənbələr