AZ

Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

XəzərNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri keçirdiyi axtarış tədbirləri nəticəsində su anbarında batan 20 yaşlı Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 21 yaşlı Ümid İbrahimov, 20 yaşlı Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb.

Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.

Xəbər 107 dəfə oxunub.
Seçilən
18
19
xezernews.az

10Mənbələr