Madrid “Real”ının braziliyalı vingeri Rodriqonun komandadakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı futbolçu klublararası dünya çempionatında keçirilən dörd oyunun yalnız ikisində meydana çıxıb, start heyətində isə cəmi bir dəfə – “Əl-Hilal”la matçda oynayıb.
Rodriqonun ətrafı yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında futbolçunun komandadakı ikinci dərəcəli rolundan narazıdır.
Futbolçunun transferində əsas maraqlı tərəf isə İngiltərə Premyer Liqasının nəhənglərindən “Arsenal”dır. İddialara görə, “Real Madrid” Rodriqonu satmaqla azı 90 milyon avro gəlir əldə etmək istəyir. Eyni məbləğdə futbolçunun bazar dəyəri Transfermarkt tərəfindən də qiymətləndirilir.