Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kiyev, 3 iyul, AZƏRTAC
Bu gün gündüz saatlarında Rusiya qoşunları Odessanın liman infrastrukturuna kasetli ballistik raketlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper telemarafon efirində məlumat verib.
Onun sözlərinə görə, yaralananlar arasında yük maşınının sürücüsü də var, həlak olmuş digər şəxsin şəxsiyyəti isə hazırda müəyyənləşdirilir. Yaralıların hamısına tibbi yardım göstərilir. Hadisə yerində xilasetmə və istintaq tədbirləri davam etdirilir.
Bu gün gündüz saatlarında Odessada güclü partlayış baş verib. Ukrayna ordusunun Hərbi Hava Qüvvələri Krımdan ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.