“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən elan edilən iki mühüm infrastruktur layihəsinin tenderinə yekun vurulub.
İcra Hakimiyyəti Şərur üçün yenilənməyə start verdi - TENDERLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, hər iki satınalma kanat xəttlərinin layihələndirilməsi xidmətlərinə aiddir və qalib şirkət eyni – “ArchiCO Project” MMC (VÖEN: 1505687401) olub.
Layihələrdən biri Xankəndi şəhərində inşa olunması planlaşdırılan kanat xəttinin layihələndirilməsi ilə bağlıdır. Bu xidmətin dəyəri 1.209.500 manat təşkil edir.
İkinci tender isə Balakən şəhərində tikilməsi nəzərdə tutulan kanat yolunun layihələndirilməsi xidmətini əhatə edir. Bu iş üzrə 267.860 manat dəyərində müqavilə imzalanıb.
Beləliklə, şirkət ümumilikdə 1.477.360 manat dəyərində iki tender üzrə icraçı seçilib.
Qeyd edək ki, “ArchiCO Project” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zəminə Musayeva Ağasalam qızıdır. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 14, m.49 ünvanında yerləşir.