Ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində baş yolla hərəkət edən motosiklet sürücüsü gəldiyi sürətlə yolayrıcına daxil olub və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücü yol verməli olduğu halda onu vurub.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Yol hərəkəti haqqında" Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.
Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir. Nizamlanmayan yolayrıcı qaydalarına əməl etməmək qəzaya səbəb olur", - məlumatda deyilir.