AZ

Bakıda 80 milyon dollar dəyərində "Özbəkistan" mədəni-əyləncə kompleksi tikiləcək

Bakıda 80 milyon dollar dəyərində "Özbəkistan" mədəni-əyləncə kompleksinin inşası üzrə işlərə başlanılıb.

Bu barədə özbək KİV-ləri sahibkar Cahongir Artıkhodjayevə istinadən xəbər verir.

"Azərbaycan paytaxtında "Özbəkistan" mədəni-əyləncə kompleksinin tikintisi üzrə genişmiqyaslı layihə həyata keçirilir. Yeni park “Bakı Ağ şəhərdə” (Baku White City) 4,5 hektar ərazidə inşa edilir. Layihənin ümumi dəyəri 80 milyon dollar təşkil edir. Proqnozlara görə, illik ziyarətçi sayı 800 min nəfərə çata bilər", - o qeyd edib.

İş adamı qeyd edib ki, layihənin həyata keçirilməsinə 10 fevral 2025-ci ildə başlanılıb, kompleksin tikintisi zəruri icazələr alındıqdan sonra iki il çəkəcək.

"Artıq söküntü, torpaq işləri, kommunikasiyaların quraşdırılması həyata keçirilib. 11 km boru kəməri, 15 km elektrik kabeli çəkilib, 8 elektrik paneli, 5 nasos və 4 rezervuar quraşdırılıb. Layihə Səmərqənd, Buxara, Xivə üslubunda memarlıq obyektlərinin, emalatxanaların, milli mətbəx restoranlarının, çimərliyin, okeanariumun, ticarət-əyləncə mərkəzinin, mum fiqurlar muzeyinin, şopinq-avenyunun və unikal uçan teatrın yaradılmasını nəzərdə tutur", - deyə Artıkxocayev bildirib.

Seçilən
18
25
aznews.az

10Mənbələr