Rusiya Xarici İşlər Nazirliyinin müavini yeni Əfqanıstan səfiri Gül Həsən tərəfindən təqdim edilən etimadnamələrin surətlərini qəbul edib.
Musavat.com xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu, 2021-ci ildə Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən sonra Rusiyada Əfqanıstan səfirinin ilk akkreditasiyasıdır.
Bu addım iki ölkə arasında diplomatik əlaqələrin yenidən möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Musavat.com