Hərbi təhsili olmayan, hərbi təyyarə ilə mülki təyyarəni fərqləndirən bilməyən, 298 mülki insanın qətlinə görə Haaqa məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilən, Dondassda komendant olanda özünün və ailəsinin başına pis işlər gələn Rusiyalı hərbi ekspert İqor Strelkov növbəti dəfə sərsəm açıqlama verərək bildirib:
"Azərbaycan bizim potensial hərbi rəqibimizdir və onunla müharibə edə bilərik"
Vaxtilə Rusiyanın cəmi 3 gün ərzində Ukraynanı işğal edəcəyini bildirənlərdən biri olan İvan yəqin son açıqlamanı verəndə sərxoş olub. İvan unudur ki, Azərbaycan Donbas, Krım, Moldova və ya Gürcüstan deyil. Azərbaycan yaxın 5 ildə çox sayda sərsəm beyinləri "Dəmir Yumruq" ilə "müalicə" edib. Onların arasında rus generalları da olub.
Sərxoş İvan bilməlidir ki, 3 ildir Ukrayna bataqlığından çıxa bilməyən çirkli Rusiyanın hazırda Azərbaycan və müttəfiqləri ilə ilə müharibə etmək potensialı yoxdur. Rusiya hazırda müharibə üçün vəsait və şəxsi heyət toplamaq üçün Azərbaycandan olan iş adamlarını həbs edir, pul tələb edir və ya müharibəyə göndərir. Bunu görə bilməyən İvan Azərbaycan ilə müharibədən danışıb özünü Dmitri Medvedevə oxşadıb biabır etmə. Onsuz da Rusiya özünü dünyada biabır edə bilib.
Ədalət Verdiyev, hərbi ekspert