AZ

Mərakeşli jurnalistlər Milli Məclisdə olublar (FOTO)

Bakı. Trend:

İyulun 3-də Milli Məclisin deputatları - Soltan Məmmədov,Pərvanə Vəliyeva və Zaur Şükürov Mərakeşin ölkəmizdə səfərdə olannüfuzlu media orqanlarının bir qrup nümayəndəsi ilə görüşüblər.

Parlamentdən Trend-ə bildirilib ki, görüş zamanı mərakeşlijurnalistlərə Azərbaycanın regiondakı lider mövqeyi, təşəbbüskarıolduğu genişmiqyaslı layihələr, ölkəmizdə mövcud olan tolerantlıqvə mültikultural dəyərlər, bölgədə və dünyada sülh və sabitliyinmöhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumatverilib.

Milli Məclisin deputatları Azərbaycan və Mərakeş arasındaəlaqələrin inkişaf etdirilməsi imkanlarından danışıblar, buistiqamətdə Milli Məclisin parlament ölçüsündə dəstək verməyə hazırolduğunu bildiriblər. Millət vəkilləri ölkələrimizin həm ikitərəfliformatda, həm parlamentlər səviyyəsində, həm də mediaplatformalarında əməkdaşlığı ilə bağlı fikirlərini bölüşüblər.

Söhbətdə qonaqların Azərbaycan reallıqları, Milli Məclisinfəaliyyəti ilə bağlı suallarına ətraflı cavablar verilib, mədəni,humanitar, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə kimisahələrdə əməkdaşlıq imkanları və digər mövzular barədə fikirmübadiləsi aparılıb.

Mərakeşli
Mərakeşli
Mərakeşli
Seçilən
35
7
az.trend.az

10Mənbələr