AZ

75 il sonra ilk: Türkiyə üçün tarixi an

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin milli tennisçisi Zeynəb Sönməz dünya reytinqində 32-ci pillədə qərarlaşan çinli Xinyu Vanqı 2:0 hesabı ilə məğlub edərək Uimbledon turnirində 75 ildən sonra üçüncü mərhələyə yüksələn ilk türk tennisçi olub və bu nəticə ilə Türkiə idman tarixinə adını yazdırıb. 

Qaynarinfo xəbər verir ki, mövsümün üçüncü "Grand Slam" turniri olan Uimbledonda qadınların tək yarışında ikinci mərhələdə çıxış edən dünya 88-cisi Zeynəb Sönməz dünya 32-cisi Xinyu Vanq ilə qarşılaşıb. Hər iki setdə 7:5 hesabı ilə üstünlük qazanaraq rəqibini 2:0 məğlub edən Zeynəb üçüncü tura yüksəlib.

Zeynəbdən əvvəl "Grand Slam" turnirlərində üçüncü mərhələyə yüksələn son türk qadın tennisçi 1950-ci ildə Fransada keçirilən "Fransa Açıq" turnirində Bahtiyə Musluoğlu olmuşdu.

Zeynəb 2024-cü ildə Fransa Açıq turnirində də iştirak etmiş, lakin ilk mərhələdə mübarizəni dayandırmışdı. Bu dəfə isə Uimbledonda yoluna davam edir. 23 yaşlı Zeynəb Sönməz Uimbledonun üçüncü mərhələsində Rusiya təmsilçisi Yekaterina Aleksandrova ilə niderlandlı Suzan Lamens arasındakı görüşün qalibi ilə qarşılaşacaq.

Zeynəb Sönməzin bu böyük uğurundan sonra Uimbledon-un rəsmi sosial media hesabında edilən paylaşımda belə deyilir: "Türk tennis tarixi üçün unudulmaz an! Dünya reytinqində 88-ci yerdə olan Zeynəb Sönməz "Grand Slam" turnirində tək qadınlarda üçüncü mərhələyə yüksələn ilk türk idmançı oldu".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr