AZ

Leonardo Da Vinçinin 500 il əvvəl çəkdiyi əsərin şifrəsi tapıldı

Məşhur rəssam Leonardo Da Vinçinin 500 il əvvəl çəkdiyi Vitruvius Adamı əsərindəki şifrənin nə olduğu bilinib. 

Far.Az xəbər verir ki, Londonda yaşayan diş həkimi Rori Mak Svini bu əsərin geomterik şifrəsini tapdığını bildirib. 

Onun sözlərinə görə rəsmdəki gizli şifrə Da Vinmin çəkdiyi adam firqurunun ayaqları arasına yerləşdiriliən bərabərtərəfli üçbucaqdır. 

O qeyd edib ki, bu üçbucaq stomotologiyada çənə funksiyalarını idarə edən "Bonwill üçbucağı" ilə eynidir.

Rəsmdə bu üçbucağı istifadə etməklə kvadrat və dairə arasındakı nisbət yaranır: 1.64. Bu nisbət təbiətdə təkrarlanan və "səmərəli strukturların" əsasını təşkil edən 1.6333 rəqəminə olduqca yaxındır.

Svini bu nisbətin təkcə insan bədənində deyil, həm də güclü kristalların atom quruluşunda, insan kəlləsinin kürələrinin ən sıx qablaşdırılmasında olduğunu söyləyib.

Eyni nisbətin əldə edildiyini vurğulayan həkim, "Leonardo bədənlərimizin kainatda eyni riyazi zərifliklə qurulduğunu hiss edirdi" deyə qeyd edib. 

Seçilən
19
11
far.az

10Mənbələr