AZ

Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi

“Palmali Holding”in rəhbəri Mübariz Mənsimov Prezident İlham Əliyevə müraciət edərək, Rusiyada azərbaycanlılara qarşı son günlər baş verən zorakılıqlara dair narahatlığını ifadə edib və dövlətin bu məsələdə sərt və prinsipial mövqeyini dəstəklədiyini bildirib.

Məktubda Mənsimov Rusiya hüquq-mühafizə orqanlarının həmvətənlərə qarşı işgəncə və qəddarlıq göstərməsini "bütün azərbaycanlılara yönəlmiş açıq təhdid" adlandırıb.

“Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və ədalətli bir dövlət – Azərbaycan dövləti dayanır,” – Mənsimov bildirib.

O, Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda nüfuzlu güc mərkəzinə çevrildiyini vurğulayıb və diaspor üzvlərinin bu yolda dövlətlə həmrəy olduğunu bəyan edib.

Seçilən
0
1
anews.az

2Mənbələr