AZ

Prorektor Tərlan Abdullayev vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.Bu barədə Metbuat.az-a universitetdən məlumat verilib. Professor Tərlan Abdullayev uzun illər Odlar Yurdu Universitetinin prorektoru vəzifəsində çalışıb.Qeyd edək ki, Tərlan Abdullayev 2 fevral 1945-ci ildə Şamaxı şəhərində anadan olub.1996-2002-ci illərdə Odlar Yurdu Universitetinin “Pedaqogika və İnformatika“ fakültəsinin dekanı, 2002-2013-cü illərdə magistratura şöbəsinin müdiri vəzifəsində işləyib, 2004-cü ildən hazırki vaxta kimi universitetin elmi işlərinə rəhbərlik edib.

2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.

Seçilən
2
10
metbuat.az

10Mənbələr