Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlər və onların valideynləri ilə rektorun görüşü keçiriləcək. Görüş 4 iyul tarixində saat 11:00-da UNEC-in əsas tədris binasında baş tutacaq.
AzEdu.az xəbər verir ki, tədbirin məqsədi abituriyentlərə və onların valideynlərinə UNEC haqqında ümumi məlumat vermək, onları maraqlandıran sualları cavablandırmaqdır.
Görüşdə iştirak etmək istəyənlər +994 12 492 60 43 nömrəsi ilə WhatsApp üzərindən qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün unec.edu.az saytına və universitetin rəsmi sosial media hesablarına müraciət etmək mümkündür.