AZ

Prezidentdən mesaj... İki Koreya birləşə bilərmi? (ŞƏRH)

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Şimaldakı rejim nə zaman çökəcəksə, Koreyanın bütövləşməsi də an məsələsi olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Koreya ilə Cənubi Koreyanın tarixin hansısa bir dövründə birləşməsi ehtimalını şərh edərkən deyib:

"Bu gün Koreya xalqının iki fərqli siyasi sistem və fərqli dövlətlərdə mövcud olmaları əslində Şimali Koreyada totalitar, dikratur rejiminin mövcud olması ilə əlaqədardır. Hər iki ölkədə xalqın azad ifadəsini bildirəcək referendum keçirmək mümküm olsaydı, Koreya dövləti çoxdan birləşərək, vahid dövlətə çevrilə bilərdi".

Ekspertin fikrincə, bu istiqamətdə referendum keçirilsə, Koreya xalqının əksəriyyəti Cənubi Koreya modelində bir dövlətin varlığını dəstəkləyəcək: 

"Çünki Şimali Koreya nüvə dövləti olsa da, əhalisinin yaşam şəraiti acınacaqlı durumdadır. Cənubi Koreya isə texnoloji baxımdan dünyanın qabaqcıl ölkələrindən biridir. Burada əhalinin rüfah halı da yüksəkdir. Buna görə də yarımadanın cənubu şimalda yaşayan koreyalılar üçün də cazibədar model ola bilər. Belədə onu demək olar ki, şimaldakı rejim nə zaman çökəcəksə, Koreyanın bütövləşməsi də an məsələsi olacaq".

Politoloq deyir ki, birləşmə məsələsi birmənalı olaraq Şimali Koreya rejiminin çökməsinə bağlıdır:

"Amma onun da nə zaman çökəcəyini söyləmək çətindir. Birləşəndən sonra belə, aradakı sosial, mədəni, psixoloji fərqləri götürmək üçün keçid mərhələsi lazım gələcək".

Qeyd edək ki, Cənubi Koreya Respublikasının Prezidenti Li Jae-Myunq Koreya Respublikasının sülh yolu ilə birləşməyə çalışmalı olduğunu bəyan edib: "Cənubi və Şimali koreyalar öz milli kimliklərini qoruyub saxlasalar, "yüz illər keçsə də, birləşə bilərlər".

O bildirib ki, Koreya Respublikasının konstitusiyasında da sülh yolu ilə birləşməyə vurğu var. Onun sözlərinə görə, Şimali Koreyanı "udmaq” cəhdi böyük itkilərə səbəb ola bilər.

"Mümkün olduqda, bir-birimizin varlığını etiraf etməli və qarşılıqlı faydalı bir yol tutmalıyıq", deyə Prezident vurğulayıb.

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
22
qaynarinfo.az

10Mənbələr