AZ

Luqanskın keçmiş rəhbəri öldürüldü

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.

“Hakimiyyet.az ” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” UTX-dəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.

Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.

O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.

Seçilən
4
7
hakimiyyet.az

6Mənbələr