Gəncədə yaşlı kişi ehtiyatsızlıqdan hovuza düşərək boğulub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin DOS-6 ərazisində baş verib. Sözügedən ünvanda yaşayan 1951-ci il təvəllüdlü V. Rzayev yaşadığı ünvanda hovuzun suyuna baxmaq istəyən zaman huşunu itirib. Nəticədə yaşlı kişi hovuzd düşərək suda boğulub. İlkin məlumata görə, V.Rzayevin ürəyində problemi olub, o bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov