Meta-nın süni intellekt çatbotları "Messenger", "WhatsApp" və "İnstagram"da artıq proaktiv şəkildə istifadəçiyə mesaj göndərə biləcək. Məsələn, film mövzusunda fərdiləşdirilmiş çatbot “Yeni film musiqi kəşf etmisən?” kimi mesajla söhbətə başlaya bilər.
Valyuta.az xəbər verir ki, bu funksiya yalnız istifadəçi ilk olaraq söhbətə başlayıb və 14 gün ərzində 5-dən çox mesaj göndəribsə aktiv olacaq. Cavab gəlməzsə, çatbot təkrar yazmayacaq.
"Meta" bildirir ki, bu funksiya daha mənalı söhbətlər yaratmaq üçündür. Lakin şirkət eyni zamanda xəbərdarlıq edir: çatbotlar peşəkar məsləhət əvəzi deyil və cavablar qeyri-dəqiq ola bilər.
Texnologiya "Character.AI" və "Replika" kimi platformaları xatırladır. Meta, bu sistemdən gələcək illərdə milyardlarla dollar gəlir gözləyir və gələcəkdə çatbotlara reklam yerləşdirilməsi və abunəlik imkanları da nəzərdən keçirilir.