AZ

"Türkiyənin zirehli maşın istehsal gücü Fransadan 30 dəfə çoxdur" - NATO

Mark Ruttedən Türkiyənin müdafiə sənayesinə böyük etiraf: “Türk şirkətləri olmadan ABŞ...”

Musavat.com xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte diqqətçəkən açıqlama ilə çıxış edib. O bildirib ki, ABŞ-da, xüsusən də Texasda yerləşən sursat istehsalı zavodları belə Türk şirkətləri ilə əməkdaşlıq etmədən fəaliyyət göstərə bilmir.

Rutte bu barədə NATO sammitində çıxış edərkən deyib:

“Türkiyə ilə müdafiə sənayesi əməkdaşlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Amerikadakı sursat fabrikləri belə Türkiyənin istehsal gücü və dəstəyi olmadan işləyə bilməz.” 

Belgaimage-94742386.jpg

Baş katib həmçinin Türkiyənin zirehli maşın istehsalında Avropada lider mövqedə olduğunu xüsusi vurğulayıb:

“Türkiyənin zirehli maşın istehsal gücü Fransadan təxminən 30 dəfə çoxdur. Bu, NATO üçün strateji əhəmiyyət daşıyan möhtəşəm göstəricidir.”

Mütəxəssislər hesab edirlər ki, Mark Rutte-nin bu sözləri Türkiyənin müdafiə sənayesinin yalnız region üçün deyil, bütövlükdə NATO üçün nə qədər vacib olduğunun təsdiqidir. Analitiklərə görə, belə mövqelər yaxın gələcəkdə Türkiyə müdafiə şirkətlərinin NATO layihələrində daha geniş miqyasda iştirakına yol aça bilər.

Qeyd edək ki, Türkiyə son illərdə müdafiə sənayesinə etdiyi sərmayələr, pilotsuz uçuş aparatları (PUA), tank və zirehli maşın istehsalında qazandığı uğurlarla beynəlxalq aləmdə diqqət mərkəzindədir.

 

Musavat.com

Seçilən
25
50
musavat.com

10Mənbələr