AZ

Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp klubun hücumçusu Diogo Jotanın ölüm xəbərinə münasibət bildirib. Klopp 2020-2024-cü illərdə Jotanın Mersisayd komandasında baş məşqçisi olub.

Bizim.Media xəbər verir ki, almaniyalı mütəxəssis faciəli ilə əlaqədar sosial media hesabında bunları yazıb:

“Bu, mənim üçün dözülməsi çox çətin bir andır! Bu baş verənlərdə daha böyük bir məqsəd olmalıdır! Amma mən onu görə bilmirəm! Diogonun və onun qardaşı Andrenin ölüm xəbərini eşidəndə dəhşətli dərəcədə sarsıldım. Diogo təkcə fantastik futbolçu deyildi, o, həm də əla dost, qayğıkeş həyat yoldaşı və ata idi! Sənin üçün çox darıxacağıq! Bütün dualarım, fikirlərim və gücüm — Ruta (Jotanın həyat yoldaşı — red.), uşaqlara, ailəsinə, dostlarına və onu sevən hər kəsədir! Hüzur içində yat, əzizim”.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.


Bizim.Media

Seçilən
22
45
bizim.media

10Mənbələr