AZ

Tramp: Ukrayna ilə bağlı vəziyyətdən məmnun deyiləm

BAKI. 4 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı vəziyyətdən məmnun deyil və bu baxımdan tərəqqinin olmadığını düşünür.

Teleqraf xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbəti barədə danışarkən bildirib.

"Bizim söhbətimiz oldu. Bu söhbət zamanı biz İran da daxil olmaqla bir çox məsələləri müzakirə etdik. Biz həmçinin Ukrayna münaqişəsi haqqında danışdıq, mən vəziyyətdən məmnun deyiləm", - Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

ABŞ lideri hesab edir ki, "böhranın həlli baxımından tərəqqi yoxdur".

Seçilən
10
50
teleqraf.com

10Mənbələr