BAKI. 4 iyul. TELEQRAF
Vaşinqton Kiyevə hərbi yardım göndərməyə davam edir, lakin bununla yanaşı ABŞ-nin özünün bu silahlara ehtiyacı olduğunu nəzərə alır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Biz Ukraynanı silahla təchiz edirik, kömək etmək üçün onlarla işləyirik. Amma əmin olmalıyıq ki, özümüzə silahlar kifayət edəcək”, - o, Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.