AZ

Kiyev atəşə tutulur

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücum həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki, Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb.

Hücumdan sonra Salomenski rayonunda yaşayış binaları yanır.

Ukrayna Hərbi Hava Qüvvələri dronları zərərsizləşdirməyə çalışır.

Tələfat və xəsarət alanlar barədə məlumat verilməyib.

Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
qafqazinfo.az

10Mənbələr