"Çelsi"nin qapıçısı Corce Petroviç "Sanderlend"ə keçməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu haqda "Daily Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer "Çelsi"yə 21,5 milyon funt sterlinq (24 milyon avrodan çox) qazandıracaq.
Petroviç 2024/25 mövsümünü icarə əsasında "Strasburq"da keçirib. O, bütün yarışlarda 31 oyun keçirib, 38 qol buraxıb və 10 oyun qapısını təmiz saxlayıb. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.