AZ

Türkiyə və Yunanıstan şiddətli meşə yanğınlarına görə insanları təxliyə edir

İstanbulun Silivri ətrafında meşə yanğını ilə təxminən 700 nəfər və 7 təyyarə mübarizə aparır, 50 evin sakinləri təxliyə edilib...

Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, yanğının söndürülməsinə yeddi təyyarə, üç helikopter, 56 yanğınsöndürən maşın və 691 nəfər cəlb olunub.

Məlumata görə, Türkiyənin İzmir vilayətində meşə yanğınları səbəbindən bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib, bölgədəki hava limanları və Çeşmə kurort ərazisi istiqamətində əsas magistrallardan biri bağlanıb.

Həmçinin Yunanıstanda Krit adasının cənub-şərq sahillərinin ən azı üç bölgəsində meşələr yanır, yerli sakinlər təxliyə edilir.

Bundan əvvəl Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı bildirib ki, respublikada aparılan 9 iri təbii yanğından altısı nəzarətə götürülüb.

Poliqon.info 

Seçilən
36
37
poliqon.info

10Mənbələr