AZ

Ərdoğan bu gün Xankəndiyə gəlir Hansı mesajlar veriləcək?

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Liderlər Zirvə toplantısında iştirak edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə ilk növbədə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilat islahatları müzakirə olunacaq və üzv ölkələr arasında əməkdaşlığa dair fikir mübadiləsi aparacaq.

Türkiyə mətbuatı yazır ki, Zirvə görüşləri və çıxışı zamanı Ərdoğan regional və qlobal məsələlərə də toxunacaq: "O, Fələstindən başlayan və nəhayət, İrana yayılan İsrail təcavüzünə qarşı ortaq mövqe tutmağın vacibliyini xüsusilə vurğulayacaq. Türkiyə lideri bölgədə və dünyada sülh və əmin-amanlığın hökm sürməsini istəyini  bir daha təkrarlayacaq"

Xatırladaq kii, Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, KKTC də daxil olmaqla müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

F.ƏHMƏD

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
mia.az

10Mənbələr