Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə sağlamlıqvergilərinin tətbiqi vasitəsilə spirtli içkilərin, tütünməmulatlarının və şəkərli qazlı içkilərin qiymətini 2035-ci iləqədər ən azı 50% artırmağı tövsiyə edib.
Trend xəbər verirki, bu barədə ÜST-ün Mətbuat Xidməti məlumat yayıb.
Təşkilatın ekspertləri hesab edirlər ki, belə addımqeyri-infeksion xəstəliklərin (QİX) yayılmasının qarşısını almağavə dövlətlərə əlavə büdcə gəliri qazandırmağa kömək edəcək.QİX-lərə, xüsusilə ürək-damar xəstəlikləri, xərçəng və diabet kimipatologiyalar daxildir və bu xəstəliklər dünya üzrə ölüm hallarının75%-dən çoxuna səbəb olur.
ÜST-nün hesablamalarına əsasən, sözügedən məhsulların qiymətininbirdəfəlik 50% artırılması növbəti 50 il ərzində təxminən 50 milyonerkən ölümün qarşısını ala bilər.
Təşkilatın məqsədi sağlamlıq vergiləri vasitəsilə önümüzdəki onil ərzində 1 trilyon dollara qədər vəsait toplamaqdır. Qeyd olunubki, artıq 2012–2022-ci illər ərzində 140-a yaxın ölkə tütünməhsullarına aksiz vergilərini artırıb və bu, qiymətlərdə 50%-dənçox artıma səbəb olub.
ÜST ölkələri bu təcrübəni digər zərərli məhsullara da tətbiqetməyə çağırır.