AZ

ATƏT PA Suriyaya çağırış etdi

ATƏT Parlament Assambleyası Suriyanı Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin, həmçinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyi"nin tanınması ilə bağlı qərarını geri götürməyə çağırıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə qurumun Porto şəhərində keçirilmiş sessiyası çərçivəsində qəbul olunan bəyannamədə qeyd edilib.

Porto bəyannaməsində Gürcüstanın ərazi bütövlüyünə dəstək açıq şəkildə ifadə olunub, ölkənin suverenliyi, ərazi bütövlüyü bir daha dəstəklənib.

Sənəddə bildirilib ki, ATƏT PA 2025-ci il martın 2-də Abxaziyada keçirilmiş və beynəlxalq hüquqa zidd olan “prezident seçkiləri”nin legitim sayılması cəhdlərini qətiyyətlə rədd edir.

Eyni zamanda bəyannamədə Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması, həmin bölgələrə humanitar yardımların maneəsiz çatdırılması, məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması və Cenevrə danışıqlarında konstruktiv iştirakın vacibliyi vurğulanıb.

Seçilən
3
5
hakimiyyet.az

10Mənbələr