AZ

Səudiyyənin müdafiə naziri Trampla gizli görüş keçirib

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud iyulun 3-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla gizli görüşüb.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Fox News yayıb.

Telekanalın məlumatına görə, danışıqlar tamamilə İsraillə münasibətlərin normallaşdırılması məsələsinə həsr olunmayıb, lakin tərəflər bunun üçün zəruri addımları müzakirə ediblər. Bundan əlavə, görüşdə İranla münaqişənin deeskalasiyası və Tehranın nüvə proqramı üzrə danışıqların bərpası məsələsi qaldırılıb, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin radikal HƏMAS hərəkatının hələ də saxladığı girovların azad edilməsi perspektivləri müzakirə edilib.

Musavat.com

Seçilən
4
8
musavat.com

10Mənbələr