AZ

Öz rahatlığını düşünən sürücü digərlərinə narahatlıq yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə mayın 22-də, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsində qeydə alınıb. Belə ki, 77-QL-821 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək qaydaları pozub. Həmin istiqamətdə hərəkət edən sürücülərin zolağına daxil olduğu üçün onlara çətinlik yaradıb.

Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, geridə və bir az irəlidə parklanma üçün boş yerlər var. Lakin o, öz rahatlığını düşünərək digər sürücülərə narahatlıq yaradıb.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr