AZ

Klublararası dünya çempionatında ilk yarımfinalçılar müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürəcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Braziliya təmsilçisi "Fluminense" Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu cütün qalibi yarımfinalda “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma isə iyulun 4-dən 5-nə keçən gecə saat 05:00-da start götürəcək.

Qeyd edək ki, ABŞ-da təşkil olunan turnirə iyulun 13-də yekun vurulacaq.

Klublararası dünya çepionatı, 1/4 final 

4 iyul

23:00. “Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

5 iyul

05:00. “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə)

20:00. PSJ (Fransa) - “Bavariya” (Almaniya)

6 iyul

00:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Yarımfinal

8 iyul

"Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) / “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) 

9 iyul

PSJ (Fransa) - “Bavariya” (Almaniya) / “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Seçilən
9
50
teleqraf.com

10Mənbələr