AZ

ABŞ-da keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinə start verilir

Bu gün, iyulun 4-də Orlandoda (ABŞ) futbol üzrə 2025-ci il klublararası dünya çempionatının 1/4 final mərhələsinə start veriləcək, mərhələnin ilk oyununda Braziliyanın “Fluminense” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları qarşılaşacaq. Qarşılaşma “Camping World” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı hollandiyalı hakim Denni Makkeli idarə edəcək.

Bu, tarixdə “Fluminense” ilə “Əl-Hilal” arasında beynəlxalq turnirlərdə ilk görüşdür.

İyulun 4-dən 5-nə keçən gecə Filadelfiyadakı (ABŞ) “Lincoln Financial Field” stadionunda 2025-ci il Klublararası Dünya Çempionatının daha bir 1/4 final oyunu keçiriləcək və burada Braziliya “Palmeyrası” və İngiltərənin “Çelsi” komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Matç londonluların əlavə vaxtda 2:1 hesabı ilə qalib gəldiyi 2021 FIFA Klublararası Dünya Çempionatının finalının təkrarı olacaq.

2025-ci il Klublararası Dünya Çempionatının 1/4 final mərhələsinin daha iki oyunu iyulun 5-6-da keçiriləcək:

5 iyul

“PSJ” (Fransa) - "Bavariya" (Almaniya) - 20:00

6 iyul

“Real” Madrid (İspaniya) – “Borussia” Dortmund (Almaniya) - 00:00

Builki FIFA Klublararası Dünya Çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilir.Turnirin final oyunu iyulun 13-də Nyu Cersi ştatındakı “MetLife Stadium”unda keçiriləcək.

Almaz Həsənli

Seçilən
18
50
oxumeni.az

10Mənbələr