AZ

Donald Tramp: “Ağ Ev ərazisində UFC döyüşü keçiriləcək”

“Ağ Ev ərazisində UFC döyüşü keçiriləcək”.

İdman.biz xəbər verir ki, bunu prezident Donald Tramp ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbulunun 250-ci ildönümünə həsr olunmuş mərasimdə bildirib.

O, UFC prezidenti Dana Uaytın adını çəkərək vurğulayıb ki, sözügedən döyüşü Ağ Evin ərazisində keçirəcəklər: “Orada yerimiz çoxdur. Söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir”.

Qeyd edək ki, ABŞ prezidenti döyüşün tarixini və iştirakçıların adını çəkməyib.

İdman.biz

Seçilən
6
16
idman.biz

10Mənbələr