ABŞ prezidenti Donald Tramp Ağ Evin ərazisində UFC döyüşü keçirilməyini istəyir.

Offsideplus.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib. Görüşün gələn ilin iyunun 4-də keçiriləcəyi gözlənilir. Bu tarix ABŞ-ın müstəqilliyin 250 illik yubileyinə təsadüf edəcək.

Tramp 2024-cü ildə yenidən prezident seçildikdən sonra özü şəxsən bir neçə UFC tədbirində iştirak edib və döyüşləri izləyib. O, eyni zamanda UFC-nin prezidenti Deyna Vaytla yaxşı münasibətlərə sahibdir.