AZ

Klublararası Dünya Çempionatında 1/4 final mərhələsi başlayır

Finss.az - Bu gün ABŞ-da təşkil olunan Klublararası Dünya Çempionatında 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki maraqlı qarşılaşma baş tutacaq.

İyulun 4-də Bakı vaxtı ilə saat 23:00-da Braziliya təmsilçisi “Fluminense” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşacaq. Bu oyunun qalibi yarımfinalda “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) matçının qalibi ilə üz-üzə gələcək. Həmin görüş isə iyulun 5-nə keçən gecə saat 05:00-da start götürəcək.

Turnirin digər 1/4 final oyunları da maraqla gözlənilir. İyulun 5-i saat 20:00-da Fransa nəhəngi PSJ Almaniyanın “Bavariya” klubu ilə, iyulun 6-da isə saat 00:00-da İspaniya təmsilçisi “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Yarımfinal oyunları 8 və 9 iyul tarixlərində keçiriləcək. Çempionata isə iyulun 13-də yekun vurulacaq.

Seçilən
11
5
fins.az

10Mənbələr