AZ

Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb

Ukrayna paytaxtı Kiyevə Rusiyanın gecə hücumu nəticəsində ən azı 19 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə mer Vitali Kliçko öz Telegram kanalında bildirib.

Onun sözlərinə görə, xəsarət aıan beş nəfər ambulator yardım alır.

"Düşmənin Kiyevə gecə hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib", - deyə Kliçko yazıb.

Hücum nəticəsində həmçinin dəmir yolu infrastrukturu zədələnib, bəzi rayonlarda düşən raket qalıqları yanğınlara səbəb olub.

Seçilən
5
23
report.az

10Mənbələr