“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Torino”dan Samuel Riççini transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.
“Milan” Riççi üçün “Torino”ya 30 milyon avro ödəyib.
İtaliya yığmasının da üzvü olan futbolçu başa çatan mövsümdə 36 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.