Tramp jurnalistlərə açıqlamasında münaqişənin uzanmasından narazı olduğunu vurğulayıb:
"Mən onunla heç bir irəliləyiş əldə etmədim," - deyə Tramp bildirib.
Tərəflər arasında telefon danışığı təxminən bir saat davam edib. Bu, Trampın yanvarda prezident vəzifəsinə başlamasından sonra Putinlə altıncı telefon söhbəti olub.
Danışıqdan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, müzakirələrin əsas mövzusu Ukrayna olub. Tramp döyüş əməliyyatlarının tez bir zamanda dayandırılması məsələsini yenidən gündəmə gətirib. Putin isə Rusiyanın münaqişənin səbəblərini aradan qaldırmaq məqsədindən geri çəkilməyəcəyini bildirib. Kreml rəhbəri, eyni zamanda, Rusiya tərəfinin Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb.
Prezidentlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İran və Suriya məsələlərini də müzakirə ediblər. Həmçinin enerji, kosmos və digər perspektivli sahələrdə ABŞ-Rusiya əməkdaşlığının imkanları nəzərdən keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31