AZ

Nərminin qızı tanımadığı qadının həyatını xilas etdi

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Nərmin Kərimbəyova Türkiyəyə tətilə yollanıb. 

AZXEBER.COM xəbər verir ki, sənətçi səfərini qızı Dilarə ilə birgə planlayıb.

Nərmin istirahətindən olan şəkillərini sosial media hesabında sevənləri ilə bölüşüb. 

Amma ifaçının bu gəzintisi unudulmaz anlarla yadda qalıb.

Belə ki, Kərimbəyovanın qızının başına iş gəlib.

Ankarada onlarla eyni məkana istirahətə gələn Səbirə adlı qadın hovuzda boğulmağa başlayıb. Həmin an heç bir hovuz mühafizəsi yaxınlıqda olmadığından Dilarə özünü suya atıb və qadının həyatını xilas edib.

Səbirə xanım balacanın bu cəsarətinə görə ona xeyir-dua verib, təşəkkürünü bildirib. 

Qeyd edək ki, Nərmin Kərimbəyovanın qızı peşəkar üzgüçülük və rəssamlıqla məşğuldur.

Dilarənin həmin qadınla olan fotosunu təqdim edirik:

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
32
azxeber.com

10Mənbələr