AZ

Putin: Rusiya ABŞ-ın yaradılmasına kömək edib

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Donald Trampla telefon danışığında Rusiyanın ABŞ-ın formalaşmasında rol oynadığını deyib...

Poliqon xəbər verir ki, The Telegraph Rusiya dövlət mediasının xəbərlərinə istinadən yazıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib: "Bizim tərəfimizdən Rusiyanın Amerika dövlətçiliyinin formalaşmasında, xüsusən 250 il əvvəl Müstəqillik Müharibəsi zamanı, daha sonra isə 160 il əvvəl başa çatan Vətəndaş Müharibəsi dövründə mühüm rol oynadığı qeyd edilib".

Həmçinin, onun sözlərinə görə, Putin Trampa deyib ki, iki ölkə təkcə Birinci və İkinci Dünya Müharibələrində müttəfiqlik deyil, həm də daha dərin tarixi köklərlə bağlıdır.

Nəşrin qeyd etdiyi kimi, Trampın özünün bu açıqlamaya necə reaksiya verdiyi məlum deyil.

Tramp və Putin arasında təxminən bir saat davam edən telefon danışığında Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Xüsusilə də bildirilir ki, telefon danışığı zamanı Putin Ukrayna ilə bağlı məqsədlərindən "geri dönməyəcəyini" bildirib, eyni zamanda ABŞ prezidentini Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğuna əmin edib. Daha sonra Tramp da söhbətə münasibət bildirib və heç bir irəliləyiş əldə etmədiyini qeud edib.

Poliqon.info

Seçilən
0
24
poliqon.info

10Mənbələr