AZ

Qittens rəsmən "Çelsi"də

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "zadəganlar" "Borussiya Dortmund" forması geyinən  Ceymi Baynoe-Qittensi heyətinə cəlb edib.

Bundesliqa təmsilçisinin mətbuat xidmətinin yaydığı açıqlamaya əsasən, 20 yaşlı vinger FİFA Klublararası Dünya Çempionatı bitdikdən sonra Premyer Liqa klubuna qoşulacaq.

"Çelsi" bu keçid üçün "Dortmund"a 55 milyon funt sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Qittens 2020-ci ildən Almaniya təmsilçisinin şərəfini qoruyur. O, bu komanda ilə çıxış etdiyi 107 rəsmi matçda 17 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qalatasaray"ın baş məşqçisi istefa verdi - Rəsmi

Sabiq "Qalatasaray"lı klubsuz qalıb

Tammi Abraham rəsmən "Beşiktaş"da

6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb

Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a

Seçilən
23
24
apasport.az

10Mənbələr