ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın “Borussiya” klubunda yarımmüdafiəçi Florian Noyhaus əsas komandadan kənarlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Münhenqladbax təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Noyhausun kənarlaşdırılmasına səbəb onun dostları ilə sərxoş halda əylənməsinin videogörüntülərinin ortaya çıxmasıdır.
Noyhaus dostları ilə əylənərkən bir nəfər azarkeşi ələb salıb. Daha sonra onun yoldaşlarından biri klubun idman direktorunu dünyanın ən pis meneceri adlandırıb və Noyhaus buna gülərək reaksiya verib.
“Borussiya” açıqlamasında oyunçunun davranışını qınayıb və klubun imicinə zərər verilməsini bildirərək, onun heyətdən kənarlaşdırıldığını bəyan edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.